25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Sarkisyan ötən il Bakıda olub?

09.03.2021

 Ermənistan Prezidentinin Administrasiyası Prezident Armen Sarkisyanın ötən ilin noyabrında Bakıda səfərdə olması barədə iddialarla bağlı açıqlama yayıb.

DM "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, açıqlamada Sarkisyanın Bakıya səfəri barədə məlumatlar təkzib olunub:

"Bəzi KİV orqanlarında guya Armen Sarkisyanın noyabrın 17-də Bakıda olduğu barədə xəbərlər yayılır. Bu, açıq yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də digər günlərdə Bakıda olmayıb”.

Qeyd edək ki, daha öncə "İravunk” qəzeti Makedoniyanın Ermənistandakı fəxri konsulu Araik Sarkisyana istinadən məlumat yayıb ki, A. Sarkisyan noyabrın 17-də Bakıda səfərdə olub.

"Prezidentdən soruşun, noyabrın 17-də Bakıda nə edirdi”, - deyə Araik Sarkisyan soruşub.