27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vətən müharibəsi şəhidi dəfn edildi

09.03.2021

 Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən şəhid hərbi qulluqçusu Cəfərov Babək Məxsus oğlu dəfn edilib.

DM "Report"a istinadən xəbər verir ki, o, Samux rayonunun Qarayeri qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Samux rayon Əlikənd kənd sakini, 1991-ci il təvəllüdlü B.Cəfərov Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq komaya düşüb. O, martın 8-də müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb.

Şəhidin 2 övladı Vətənə əmanət qalıb.

Allah rəhmət eləsin!