27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan müxalifəti bu gün də mitinq keçirəcək

09.03.2021

İranın Azərbaycandakı səfirliyi İrana müayinə və müalicə məqsədilə səfər etməyin əsas şərtini açıqlayıb.

Bu barədə İranın Bakıdakı səfirliyindən məlumat verilib.

İran səfirliyi bildirir ki, İrana getmək məqsədilə giriş icazəsi almaq istəyən şəxslər səfirliyin Konsulluq Şöbəsinə müraciət edərkən İranın tibb müəssisələrindən aldıqları qəbul və müalicə sənədini təqdim etməlidirlər.

Səfirlik qeyd edir ki, giriş icazəsi almış şəxslər İrana daxil olarkən son 72 saat ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş tibb müəssisələrinin birindən aldıqları sağlamlıq haqqında arayışı (səyahətçinin koronavirusa yoluxmadığına dair PCR testinin nəticəsini) mütləq şəkildə təqdim etməlidirlər.

Qeyd edək ki, İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə müayinə və müalicə üçün İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar. Bununla əlaqədar müayinə və müalicə məqsədilə İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları ünvanı aşağıda göstərilən İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri ala bilərlər.