29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İtkin düşən türk əsilli zabitin cəsədi tapıldı

09.03.2021

1 ildir axtarışda olan 31 yaşlı türk əsilli zabit Deniz Ardanın cəsədinin İsveçin paytaxtı Stokholmda tapılıb.

DM xəbər verir ki, İsveç polisinin verdiyi məlumata görə, zabitin cəsədi 10 gün əvvəl Tyresta Milli Parkında aşkar edilib. Polislər qısa zamanda ailəsinə məlumat verərək, onun ölümünə səbəbin "cinayət" olmadığını bildirib.

Qeyd edək ki, İsveç Silahlı Qüvvələrində komando təlimini müvəffəqiyyətlə başa vuran və Hərbi Dəniz Qüvvələri Komando Məktəbi Komandirliyinə yüksələn Deniz Arda, 18 Noyabr 2020-də itkin düşüb. Zabit sonujncu dəfə əvvəl mağazaların birində alış-veriş edərkən, görüntülənib.

İsveç polisi zabitin ölümü barəsində araşdırma aparır.