08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÜST-dən qripə yoluxma ilə bağlı AÇIQLAMA

09.03.2021

 Ölkələr tərəfindən koronavirusla mübarizə çərçivəsində tətbiq edilən tədbirlər qripə yoluxma hallarının sayını azaldıb.

DM-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Pandemiya və Epidemiya Xəstəlikləri şöbəsinin müdiri Silviya Brayand deyib.

S.Brayand bildirib: "Mövsümi qripə yoluxmaları izləyirik və Cənubi Yarımkürədə son dərəcə aşağı sirkulyasiya gördüyümüzü deyə bilərik. Bunun bir sıra açıqlamaları ola bilər, amma ən real açıqlama ondan ibarətdir ki, koronavirusla mübarizə üçün tətbiq edilən tədbirlərin mövsümi qriplə mübarizədə son dərəcə təsirlidir".

Şöbə müdiri vurğulayıb ki, ÜST vəziyyətin xüsusilə koronavirusa qarşı vaksinasiya fonunda necə dəyişdiyini yaxından izləməyə davam edəcək:

"Bu mərhələdə koronavirusla mübarizədə təsirli olan tədbirlərin digər yoluxucu xəstəliklərə qarşı da son dərəcə təsirli olduğu qənaətinə gələ bilərik".