07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT Baş katibi Moqadişodakı terroru qınadı

07.03.2021

 BMT baş katibi Antoniu Quterreş 5 mart tarixində Moqadişoda mülki vətəndaşlara edilən terror hücumunu qınayıb.

DM xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik tərəfindən yayımlanan məlumatda deyilir.
Baş katib ayrıca terrorda həyatını itirənlərin ailələrinə başsağlığı verib və BMT-nin bu cür cinayətlərə qarşı Somali hökuməti, xalqı ilə hərtərəfli dəstəyini və həmrəyliyini bir daha vurğulayıb.

Qeyd edək ki, 5 mart tarixində Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib. Nəticədə azı 20 mülki vətəndaş həyatını itirib, 30-dan çox şəxs xəsarət alıb.