19 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Elçin Quliyev Pakistanın Baş Qərargah rəisini qəbul etdi

05.03.2021

Martın 5-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunmuş, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaş­lığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən mühari­bəsində qaza­nılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu barədə məlumat verilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda haqq işində Pakistan İslam Respublikasının göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi vurğulanıb.

Görüşdə regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğulanıb.