20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Qaçqınkomda Böyük Britaniyanın səfiri ilə görüş keçirilib

05.03.2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla görüşüb.

DM xəbər verir ki, görüşdə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə britaniyalı diplomata ətraflı məlumat verilib. Qeyd edilib ki, bu kateqoriyadan olan vətəndaşlara Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir.

Səfir Ceyms Şarp səmimi qəbula görə təşəkkürünü bildirib. O, regionda münaqişənin başa çatmasını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı üçün şəraitin yaranmasını yüksək qiymətləndirərək, ölkəsinin davamlı sülhə dəstək imkanlarından bəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.