09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güləşçilərimizdən 5 medal

23.07.2018

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib. 
Yığmamızın üzvləri turniri 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Taleh Məmmədov (63 kq) qızıl medal qazanıb. Yalnız final görüşündə uduzan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənməli olub. Bürünc medalları isə yığmamızın aktivinə Sakit Quliyev (60 kq), Kamran Məmmədov (67 kq) və Elvin Mürsəliyev (82 kq) yazdırıblar.
Yığma komandamız bu nəticə ilə Türkiyə və Belarusdan sonra üçüncü yerdə qərarlaşıb.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib.