03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranın nüvə arxivlərini ələ keçirdik - MOSSAD

04.03.2021

MOSSAD-ın keçmiş sədr müavini İrana qarşı pis mübarizəyə görə hökuməti tənqid edib.

DM xəbər verir ki, "Yediot Axronot” qəzetinə müsahibə verən sədr müavininin adı açıqlanmayıb (adının açıqlanması rəsmən qadağan olunub – red.).

O, MOSSAD-ın fəaliyyətinin müstəqilliyinə getdikcə təhdid yarandığını bildirib:

"Nüvə razılaşmasını necə dağıtmaq olar? Aydındır ki, əgər oradan amerikalıları çıxarsaq, razılaşma zəifləyəcək, amma hələ dağılmayacaq. Biz hazırlıq apardıq, plan işlədik. Tehranın nüvə arxivlərini ələ keçirmək onun mərhələlərindən biri idi. Bunun nəticəsində situasiya yaxşılaşmadı. Belə ki, İran raketlər istehsal edərək, bir saniyə belə özünün regional ekspansiyasını dayandırmadı. İsrail hökuməti isə Tehran tərəfindən təhdidə lazımi səviyyədə yanaşmadı. Məncə, İsrail son iki il ərzində nüvə razılaşmasıyla bağlı kompromisə getdi, ona görə ki, o, maksimal nəticələr əldə etmək istəyir. Amma bu zaman ərzində İran material toplayır”.

Qəzet müsahibəni aldığı şəxsin keçən ay istefaya getdiyini, amma məhz onun 2018-ci ildə İranda nüvə arxivlərinin ələ keçirilməsi ilə bağlı əməliyyatı idarə etdiyini yazıb.