03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Qaqik Tsarukyanla görüşəcək

04.03.2021

 Ermənistan baş naziri daha bir müxalifət lideri ilə görüş keçirəcək.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hakim "Mənim addımım" blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunts məlumat verib.

Onun sözlərinə görə, Paşinyan müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanla görüşəcək. L.Makunts bildirib ki, görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsi və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Paşinyan bu gün müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyanla da görüşmüşdü.