03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edir

04.03.2021

 İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında 14-cü Zirvə toplantısı keçirilir.

DM "report”a istinadən xəbər verir ki, iclasda təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edir.

İclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın baş naziri İmran Xan, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif qatılır.

Şimali Kipr Türk Respublikasının prezidenti Ərsin Tatar toplantıda müşahidəçi ölkə rəhbəri kimi iştirak edir.

Qeyd edək ki, İƏT hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. Təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərən Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı sayılır. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var. İƏT-in genişləndiyi həmin gün təşkilatın təqvimində "İƏT günü” kimi qeyd edilir.