Tramp HƏDƏLƏDİ:   “Misli görünməmiş əzab çəkəcəksiniz” 
    
                         
     
                         23.07.2018
 
    
                        ABŞ prezidenti Donald Tramp İranın ünvanına hədə ünvanlayıb.
"Dövran Media" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda Twitter-də yazıb.
"Prezident Həsən Ruhaniyə: Daha heç vaxt ABŞ-ı hədələməyin. Əks halda tarixinizdə misli görünməmiş əzab çəkəcəksiniz. Daha sizin ölüm və amansızlıq haqda sözlərinə dözən ölkə deyilik. Ehtiyatlı olun!”.
Bundan əvvəl, Həsən Ruhani ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, bunun "bütün müharibələrin anası” olacağını demişdi.