03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Osman Sınav Mübariz İbrahimovun həyatından film çəkmək istəyir

04.03.2021

"Kurtlar Vadisi”, "Sen anlat Karadeniz”, "Sakarya Fırat” kimi məşhur serialların rejissoru Osman Sınav "ARB 24”ün efirində "Nə baş verir?” verilişində canlı bağlantıya qoşulub.

DM xəbər verir ki, Osman Sınav deyib ki, tarixi film çəkmək, tarixi layihə ərsəyə gətirməyin bir səbəbi olmalıdır:

"Tarixi film çəkməyin bir məqsədi, səbəbi olmalıdır. Bu layihə qarşımızdakı tarixi qorumağa hesablanmalıdır. Tarixi birlikdə və yenidən inşa etməliyik. Uzun illər idi ki, Mübariz İbrahimovun filmini çəkmək istəyirdim. Amma bir hekayə yarada bilmədik, onun özəl həyatı ilə bağlı çox məlumat ala bilmədim. O, mənim üçün çox əhəmiyyətlidir. Xüsusilə, Qarabağ məsələsində Mübariz Azərbaycanın çox vacib qəhrəmanlarından biridir”.