03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ əsas 8 hədəfini açıqladı

04.03.2021

Bayden administrasiyası ABŞ diplomatiyasının dünyada liderliyini bərpa etmək, müttəfiqləri ilə münasibətləri yoluna qoymaq və opponentləri Çin, Rusiya və İrana qarşı layiqli müqavimət göstərmək istəyir.

DM xəbər verir ki, bunu Dövlət katibi Entoni Bliken ABŞ-ın yeni xarici siyasət strategiyası ilə bağlı nitqində deyib. Onun sözlərinə görə, ABŞ xarici siyasətinin prioriteti hərbi müdaxilə yox, diplomatiya olacaq.

O, ABŞ-ın dünyada ən güclü orduya sahib olduğunu bildirib:

"Diplomatiyada effektiv olmaq imkanlarımız son olaraq ordumuzun gücündən asılı deyil”.

Blinken ABŞ administrasiyasının əsas hədəflərini bu cür sıralayıb:

- COVİD-19-un öhdəsindən gəlmək və qlobal səhiyyəni gücləndirmək;

- İqtisadi böhranın öhdəsindən gəlmək və daha stabil və inklüziv qlobal iqtisadiyyat qurmaq;

- Demokratiyanın gücünü ABŞ-da, daha sonra dünyada yeniləmək;

- Humanist və effektiv immiqrasiya sistemi yaratmaq;

- Müttəfiqlər və tərəfdaşlarla münasibətləri canlandırmaq;

- İqtisadi böhranın öhdəsindən gəlib, yaşıl enerjidən istifadəni stimullaşdırmaq;

- ABŞ-ın texnologiya sferasında liderliyini təmin etmək;

- XXI əsrin nəhəng geosiyasi sınağını – Çinlə münasibətləri həll etmək.

Bununla belə Blinken sadaladıqlarının hələ tam siyahı olmadığını deyib:

"Siyahıda bəzi vacib elementlər yoxdur. Bu o demək deyil ki, onlar bizim üçün vacib deyillər və ya biz onların həlli üzərindən ciddi şəkildə işləməyəcəyik. Sadəcə bu gün sadaladığım bu prioritetlər təcili həlli tapılması gərəkən mövzulardır.