03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyanın daha 11 şəhərindən Bakıya uçuşlar bərpa edilir

04.03.2021

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya”) Rusiyanın 11 şəhərindən Bakıya beynəlxalq müntəzəm uçuşların həyata keçirilməsinə icazə verib.

Xəbər "Rosaviasiya”nın rəsmi saytında dərc edilib.

Beləliklə, tezliklə həftədə üç dəfə olmaqla, Ufa, Krasnoyarsk, Kalininqrad, Nijni Novqorod, Həştərxan, Perm, Novosibirsk, Rostov-Don, Mahaçqala, Mineralnıye Vodı hava limanlarından Bakıya uçmaq mümkün olacaq.

Uçuşlar "Ural Hava Yolları”, "Azimut” və "Red Wings” aviaşirkətləri tərəfindən həyata keçiriləcək.

"Rosaviasiya” həmçinin "Severnıy Veter” şirkətinə Rostov-Don və Mineralnıye Vodı aeroportlarından müvəqqəti və çarter uçuşlar həyata keçirməyə lisenziya verib.

Uçuşların dəqiq vaxtı və qiyməti aviaşirkətlər tərəfindən tənzimlənəcək.