Roma papası İraqa gedir 
    
                          
     
                         04.03.2021
 
    
                        Roma papası Fransisk İraqa səfər edəcək.
DM xəbər verir ki, bu, papanın İraqa tarixdə ilk səfəri olacaq.
Səfər 5-8 mart tarixləri arasında baş tutacaq.
Səfərin əsas məqsədi İraq xristianlarına dəstəkdir. O, Bağdadda xristian nümayəndələri ilə görüşəcək. Bundan başqa onun İraq şiələrinin lideri ayətullah Əli Sistani ilə görüşü də baş tutacaq.