02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlu Müslüm Gursəslə bağlı xatirələrini paylaşıb

04.03.2021

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter” hesabından məşhur incəsənət xadimi Müslüm Gursəslə bağlı xatirəsini paylaşılıb.

DM xəbər verir ki, XİN rəhbəri Müslüm Gursəsin anım günündə paylaşdığı videoda ifaçı ilə bağlı gənclik illərində baş verən bir xatirəsini bölüşüb:

"Bir xatirəmi paylaşmaq istəyirəm. Alanyadakı kənddə axşama qədər işləyərək meyvə-tərəvəz topladıq, yorğun idim, Ankaraya gedəcəkdik. Avtobusa minəndə Müslüm Babanın "Qara buludları qaldır aradan, oy aman” musiqisi səslənirdi. Mən yuxuya getdim və ayıldım ki, yenə həmin musiqi səslənir, bir daha da yatıb oyanarkən yenə eyni musiqi ifa olunurdu. Sürücü köməkçisini çağırdım soruşdum ki, kasetə başdan sona qədər bu musiqi yazılıb? Köməkçi dedi ki, "yox qardaş, sən bu musiqi səslənəndə oyanırsan”. Amma Müslüm Baba bu musiqini çox gözəl oxuyub. Allah rəhmət etsin”.