02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Minaya düşən idarə rəisinin son durumu

04.03.2021

Ağdam rayonunun Novruzlu kəndində minaya düşən idarə rəisi Hafiz Əzimzadənin vəziyyəti stabilləşib.

DM xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev bildirib.

O qeyd edib ki, yaralı əməliyyat olunub:

"Hafiz Əzimzadənin sağ ayağının bir hissəsi amputasiya olunub, hazırda özünü yaxşı hiss edir. Xəstənin vəziyyəti mütəmadi nəzarətdə saxlanılır".

Xatırladaq ki, martın 3-də saat 15 radələrində Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman rayonun işağldan azad edilən Novruzlu kəndində minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı ətrafı amputasiya edilib, digər çoxsaylı xəsarətlər alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.