02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni faşizminin törəməsi: “Sasna Srer”

04.03.2021

"Caliber” müəllif layihəsi öz "YouTube” kanalında yeni buraxılış yayımlayıb.

Budəfəki video erməni faşizmi və onun təcəssümü olan "Sasna Srer” təşkilatına həsr olunub.

Süjetdə qurumun tarixi kökləri və fəaliyyəti haqqında maraqlı məlumatlar verilir. Bildirilir ki, "Sasna Srer” öz adını orta əslərin erməni eposu olan, ərəblərə qarşı vuruşmuş Sasunlu David və onun silahdaşlarının mübarizəsini əks etdirən əsərdən alıb.

Xalq arasında bu epos məhz "Sasna Srer” – yəni "Sasunlu qəhrəmanlar” adlanır. Təşkilatın ideologiyası XIX əsrin mağara millətçiliyidir. Onun özəyini isə hələ birinci Qarabağ müharibəsində "qəhrəmanlıqlar” göstərmiş erməni terrorçuları təşkil edir.