Fransa səfiri Minatəmizləmə Agentliyinin sədri ilə görüşüb  
    
                          
     
                         03.03.2021
 
    
                         Fransa səfiri Zakari Qross Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb.
DM-in xəbərinə görə, bu barədə fransız diplomat "Twitter”də bildirib.
Görüşdə münaqişədən sonrakı şəraitdə minalardan təmizlənmənin humanitar problemlərinə dair müzakirə aparılıb.