09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xiyar BAHALAŞDI

22.07.2018

Yay aylarında süfrələrin əsas təamı olan xiyarın qiyməti qalxıb.
"Dövran Media" xəbər verir ki, paytaxt bazarlarında xiyarın qiyməti 80-90 qəpik arasında dəyişir.
Bir sıra mağazalarda hətta 1,2 manat təşkil edir.
Satıcıların sözlərin görə, mövsümün əvvəlində xiyarın qiyməti 50-70 qəpik idi. Hazırda ən çox yelpənək bahalaşıb - 0,9-1 manata yüksəlib:
"Bir ay əvvəl xiyarı fermerlərdən 40 qəpikdən alırdıqsa, artıq 50-60 qəpikdən alırıq”.
Xiyarın bahalaşmasına səbəb kimi isə məhsulun azlığı göstərilir. 
Qeyd edək ki, Dövlət Statistika Komitəsi ötən ay xiyarın qiymətində ucuzlaşma qeydə alıb.