26 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pakistanda Xocalı soyqırımı qurbanları yad edilib

03.03.2021

Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, Azərbaycan diasporunun fəal üzvü Şəhla İsayevanın təşəbbüsü ilə Pakistanın Lahor şəhərində keçirilən "Property Festival” çərçivəsində Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

DM xəbər verir ki, Festival iştirakçılarına və Azərbaycana məxsus guşə ilə yaxından tanış olmaq istəyən pakistanlılara xalqımızın qan yaddaşı olan Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törədikləri vəhşiliklər haqqında geniş məlumat verilib. Qonaqlara Xocalı soyqırımına dair məlumatları əks etdirən çap materialları, üzərində "Xocalıya ədalət" ("Justice for Khojaly”) yazısı olan köynəklər təqdim edilib.

Qeyd edək ki, 3 gün davam edən festivalda Azərbaycan guşəsində ölkəmizə və Türkiyəyə məxsus məhsullar, hədiyyələr və suvenirlər nümayiş etdirilib.