26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiya 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək

03.03.2021

Yaponiya hakimiyyəti bir sıra ölkələrdə müxtəlif yeni koronavirus növlərinin yayılma təhlükəsi səbəbindən 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək.

DM-in verdiyi məlumata görə, siyahıya Avstriya, Belçika, Braziliya, Almaniya, Danimarka, İtaliya, Nigeriya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya, İsveçrə, İsveç, Fransa daxil ediliblər. Bu ölkələrdən gəlişdən sonra üç gün ərzində karantin müəssisələrində qalmaq və koronavirus testindən keçmək lazım olacaq. Nəticə mənfi çıxdıqda gələnlər evlərində daha iki həftə özünü təcrid rejimində qalacaqlar.

Tədbir 5 mart tarixindən etibarən qüvvəyə minəcək və Yaponiyaya girməzdən iki həftə əvvəl sadalanan ölkələrdə olanlara da şamil edilir.