25 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erminıstanda müxalifət təşvişdə

02.03.2021

 Ermənistanda "Vətənin xilası naminə hərəkat" prezident Armen Sarkisyanla fövqəladə görüş tələb edib.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Vazgen Manukyanın başçılıq etdiyi hərəkat prezidentin baş qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması qərarı barədə mövqeyindən narazı qalıb. Hərəkat prezidentlə təcili görüşmək tələbi ilə çıxış edib.

Müxalifət A.Sarkisyandan qərarın qüvvəyə minməsinin qarşısını almağı tələb edir.

Qeyd edək ki, Armen Sarkisyan sözügedən qərarı imzalamayıb, lakin Ermənistan konstitusiyasına görə, qərar bu mərhələdən sonra avtomatik qüvvəyə minəcək.