19 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Vilayət Eyvazov şəhid övladına VƏZİFƏ VERDİ

02.03.2021

 Daxili İşlər orqanlarında yeni təyinat olub.

DM Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Sənan Əsgərov Şuşa Rayon Polis Şöbəsində müvafiq vəzifəyə təyin edilib.

O, bundan əvvəl Goranboy Rayon Polis şöbəsində çalışıb.

Xatırladaq ki, Sənan Əsgərovun atası Əsgərov Xəzani Kərəm oğlu Şuşa Rayon Polis şöbəsinin əməkdaşı olub və 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.