Qazaxıstan və Qırğızıstan prezidentləri bu gün görüşəcək 
    
                          
     
                         02.03.2021
 
    
                        Qazaxıstan və Qırğızıstan prezidentləri bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində görüş keçirəcəklər.
DM Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Nur-Sultan şəhərində rəsmi tədbirlər və böyük mərasim hazırlanıb.
Qırğızıstan prezidenti Sadır Japarovun Qazaxıstana rəsmi səfəri çərçivəsində keçiriləcək görüşdə onunla qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında ikitərəfli münasibətlərin, regional və qlobal əməkdaşlıq perspektivlərinin müzakirə olunacağı planlaşdırılır.