20 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı AÇIQLAMA

01.03.2021

"İran və Azərbaycan arasında bu gün bölgədə misli görünməmiş yaxınlaşma mövcuddur. Əlbəttə, qədim müştərək tarix və oxşarlıqlar, eləcə də qarşılıqlı potensialı nəzərə alsaq, bu elə belə də olmalıdır. İki ölkə arasında əlaqələr inkişaf tempi üzrə qurulub".

Bunu İranın İslami İrşad və mədəniyyət nazirinin mətbuat məsələləri üzrə müavini Məhəmməd Xudadi deyib.

İran və Azərbaycanı iki dost və qonşu ölkə adlandıran M.Xudadi iki ölkə arasında əlaqələrin iqtisadi, siyasi və ictimai sahədə yüksək səviyyədə olduğunu vurğulayıb.

İki ölkənin mətbuat sahəsində də əməkdaşlığını inkişaf etdirmək üçün geniş imkanların olduğunu vurğulayan M. Xudadi qeyd edib ki, "mətbuat sahəsində bizim əsas vəzifəmiz əlaqələrin artırılması və ikitərəfli münasibətlərdə hər növ anlaşılmazlıqları azaltmağa yönəlməlidir".