20 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Ermənistanda polis etirazçıların öhdəsindən gələ bilmir

01.03.2021

Ermənistanda Paşinyan hakimiyyətinə etirazlar davam edir.

DM erməni mediasına istinadən xəbər verir ki, bu gün paytaxt İrəvanda növbəti anti-Paşinyan aksiyası keçirilib. Etirazçıların əsas tələbi Baş nazir Nikol Paşinyanın istefaya getməsidir.

Bildirilir ki, aksiya bir az sonra qarşıdurmaya çevrilib. Etirazçılar İrəvanın mərkəzi rayonunda inzibati binalardan birinə daxil olub. Polis müdaxilə etsə də, etirazçıların qarşısını almaq mümkün olmayıb.

Məlumatda deyilir ki, etiraz edənlər əsasən gənclərdir. Onlar həm də yerli məmurların hökumətin təşkil etdiyi aksiyaya qatılmasına mane olmağa çalışırlar. "Qorxmayın, xəyanətkarın keçirdiyi aksiyaya getməyin”, - deyə onlar məmurlara bildirib.

44 günlük Qarabağ savaşındakı məğlubiyyətdən sonra Ermənistanda siyasi böhran yaranıb. Bir neçə gün əvvəl Nikol Paşinyanın Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini işdən çıxarması böhranın daha da dərinləşməsinə səbəb olub. Paşinyanın bu addımından sonra Baş Qərargah onun istefasını gündəmə gətirib. Hökumət bunu ordunun qiyamı kimi dəyərləndirib. Paşinyan dərhal Baş Qərargah rəsininin də işdən çıxarılması üçün prezident Armen Sarkisyana təqdimat göndərib.

O, eyni zamanda, tərəfdarlarını meydana səsləyib. Bundan sonra Ermənistanın hərbi rəhbərliyi mövqeyindən geri çəkilib. Lakin müxalifət hələ də Paşinyanın istefa verməsini tələb edir.