08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranın10 hərbçisi həlak oldu - TERROR

21.07.2018

Cümə günü axşam saatlarında İranın Kürdistan əyalətinin  Marivan bölgəsinin Dari kəndindəki hərbi post terrorçuların hücumuna məruz qalıb.

"Dövran Media"nın verdiyi xəbərə görə, İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda  Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və  terrorçu qüvvələr postun  silah-sursat  anbarında partlayış törədiblər.
Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) 10 hərbçisi həlak olub, 8-i yaralanıb.
Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.