08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev açılışda iştirak etdi - YENİLƏNİB

01.03.2021

 Martın 1-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub.

DM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yeni inzibati bina ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada ölkəmizdə dənizçilik peşəsinin qədimliyini əyani vasitələr, interaktiv təqdimatlarla ziyarətçilərə çatdıran "Üç əsrin şahidi” adlı muzey də yerləşir. Binanın inşası zamanı həm eskteryerdə, həm də interyerdə dənizçilik rəmzlərindən geniş istifadə olunub. Müasir texnoloji sistemlərlə təchiz olunmuş binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

*** 13:18

Martın 1-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.