07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrandan Qarabağ açıqlaması

01.03.2021

 İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir və bu münasibətlər daha da inkişaf etdiriləcək.

DM xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Abbas Arakçi Qum şəhərində keçirilən konfransda çıxış edərkən deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar münaqişəni həll edib, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilmədilər:

"Bu səbəbdən də Azərbaycan dövləti işğal altındakı torpaqlarını əks hücumla geri aldı. İran həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Rəsmi Tehran bölgədə münaqişə baş verməsini və sərhədlərin dəyişməsini istəmir”.

Abbas Arakçinin fikrincə Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra regionda yeni siyasi reallıqlar yaranıb və bu reallıqlardan istifadə edib daha sıx iqtisadi əməkdaşlıq əlaqələri qurmaq imkanı yaranıb.

Nazir müavini qeyd edib ki, İran bundan sonra da Azərbaycan ilə iqtisadi, siyasi, sosial və mədəniyyət sahələrində əməkdaşlıq əlaqələrini davam etdirəcək.