Ukraynanın ilk XİN başçısı dünyasını dəyişdi  
    
                          
     
                         01.03.2021
 
    
                         Ukraynanın ilk xarici işlər naziri Anatoli Zlenko dünyasını dəyişib.
DM xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. Diplomat bu gün 83 yaşında vəfat edib. A.Zlenkonun ölümünün səbəbi açıqlanmayıb.
1938-ci ildə anadan olan A.Zlenko 1990-94 və 2000-2003-cü illərdə Ukraynanın XİN başçısı olub. Eks-nazir həmçinin Ukraynanın BMT-dəki daimi nümayəndəsi, Ukrayna baş naziri və prezidentinin müşaviri kimi müxtəlif vəzifələrdə çalışıb.