Ərdoğanla Putin telekonfrans formatında görüşəcək 
    
                          
     
                         01.03.2021
 
    
                        Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telekonfransın təşkilinə hazırlıq işlərinin aparıldığını təsdiqləyib.
DM xəbər verir ki, bu barədə "Sabah” nəşri məlumat yayıb.
Qeyd olunur ki, iki ölkə lideri üçüncü "Akkuyu” Atom Elektrik Stansiyası blokunun təməlqoyma mərasimində onlayn iştirak edəcəklər.
D. Peskov həmçinin əlavə edib ki, telekonfransda prezidentlər arasında substantiv danışıqlar planlaşdırılmır.