02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın" - Azay Quliyev

01.03.2021

 Xəbər verdiyimiz kimi, Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Azay Quliyev Hesablama Palatasının rəhbərlik etdiyi qurumda ilk dəfə yoxlama apardığını bildirib:

"Hər şey şəffaf və açıq olmalıdır. Hesablama Palatasının vəzifəsi büdcədən maliyyələşən təşkilatları yoxlamaqdan ibarətdir. Həmin qurum çatışmazlıqları və nöqsanları aşkarlayır. Burada qeyri-adi hadisə baş verməyib. Mən istəməzdim bu yoxlamanı ictimailəşdirib, mahiyyətindən kənara çıxarsınlar. Normal bir prosedurdur.  Qanun pozuntuları ilə bağlı yekun rəy yox yoxdur. Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın. Mən 7 il öncə Hesablama Palatasına yoxlama aparmaq üçün müraciət etmişdim. Həmin vaxt yoxlama olmadı. Amma ilk dəfədir ki, Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında maliyyə yoxlaması aparır".