02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda konfrans başladı

01.03.2021

 Bu gün İranın Qum şəhərində "Beynəlxalq 17 rəbiüləvvəl Qarabağ konfransı” başlayıb.

DM xəbər verir ki, bu barədə "Mehr” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, konfransın təşkilatçısı İran Elmi Hövzləri İdarəetmə Mərkəzidir.

Konfrans mərkəzin Dar-ül-vilaye binasında keçirilir. Sosial məsafə və sanitar-gigenik qaydalarına əməl olunmaqla keçirilən tədbirdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin 2020-ci il noyabrın 3-də Dağlıq Qarabağla bağlı çıxışı müzakirə olunacaq. Tədbirdə İranın tanınmış müctəhidlərinin ismarışları oxunacaq.

İran, Azərbaycan və Qafqazdan olan islam alimləri və akademikləri konfransda "Azərbaycan torpaqları xilas edilməli”, "Qarabağ torpaqlarındakı ermənilərin təhlükəsizliyi qorunmalı”, "İki tərəf beynəlxalq sərhədləri pozmamalı”, "Terrorçular İran sərhədlərinə yaxınlaşarsa, sərt bir şəkildə cavab verəcəyik” və başqa bu kimi mövzularda çıxışlar olacağı gözlənilir.