02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha 26 uşağa generalımızın adı verildi

01.03.2021

Bu ilin fevral ayında doğumu qeydə alınmış 26 uşağa Polad adı verilib.

DM Report-a istinadən xəbər verir ki, bununla da bu ilin yanvar-fevral aylarında ölkəmizdə Polad adı daşıyan yenidoğulanların sayı 38-ə çatıb.

Məlumat üçün bildirək ki, uşaqlara Polad adının verilməsi 2020-ci ildə və cari ilin iki ayında əvvəlki illərlə müqayisədə kəskin artıb. Beləliklə, ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb.

2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.

Qeyd edək ki, Polad adı general-mayor Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.