02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk hərbçiləri Ermənistana girib... - Video

01.03.2021

Sosial şəbəkələrin erməni seqmentində yayılan növbəti xəbər düşmən ölkədə yenə də böyük xof yaradıb.

DM xəbər verir ki, "Livenyus.am” teleqram kanalı guya Türkiyə xüsusi təyinatlarının 13 nəfərdən ibarət qrupunun Gürcüstan ərazisindən Ermənistana daxil olduğunu bildirib. İddia edilib ki, qrupa 3-cü səhra ordusunun əməliyyat şöbəsi, hərbi kəşfiyyat, planlaşdırma və kəşfiyyat koordinasiya şöbəsinin nümayəndələri daxildir. Guya türk komandoslar Ermənistanın Baş Qərargah rəisi və orduda xüsusi rol oynayan generalları zərərsizləşdirəcək.

Yayılan məlumatlarla bağlı artıq Ermənista Milli Təhlükəsizlik Şurası açıqlama verərək, sözügedən iddiaların yalan olduğunu deyib:

"Türkiyə xüsusi təyinatlarının Ermənistana gəlməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunu təkzib edərək həmvətənlərimizi dezinformasiyaya uymamağa, sayıq olmağa və yoxlanılmamış məlumatlardan uzaq durmağa səsləyirik”.