02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir şəhid ailələrinə veriləcək evlərdən danışdı

01.03.2021

 Növbəti 5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzilin verilməsi nəzərdə tutulur.

DM xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu il rekord sayda - 3000 mənzilin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılır.

S.Babayev deyib ki, 2021-ci ilin yanvar ayınadək ölkədə 9178 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Yalnız ötən il 1572 mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib. Həmin mənzillərin 1500-ü dövlət vəsaiti hesabına, 72-si isə sosial tərəfdaşlar tərəfindən təqdim olunub.

Nazir əlavə edib ki, indiyədək verilən mənzillər 2014-cü ilin yanvar ayınadək növbəyə dayanmış şəhid ailələri və müharibə əlillərini əhatə edirdi.