Tramp növbəti seçkilərə qatılmaqdan danışdı  
    
                          
     
                         01.03.2021
 
    
                         ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərinə qatılıb-qatılmayacağı barədə gedən söhbətlərə aydınlıq gətirib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, Tramp partiya qurmayacağını açıqlayıb.
"Yeni partiya yaratmaq fikrim yoxdur. Amma bəlkə seçkilərə qatılıb onları üçüncü dəfə məğlub edəsi oldum, kim bilir?", - deyə Tramp son seçkilərdə qalib gəldiyi iddialarını təzələyib.