24 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İrəvanda Paşinyanın istefası tələbilə mitinq keçirilir

26.02.2021

 İrəvanın Baqramyan prospektində Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbilə mitinq keçirilir.

DM xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, dünən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Bundan sonra "Vətənin qurtuluşu hərəkatı” İrəvanın Azadlıq meydanında mitinq keçirib, ardınca yürüş iştirakçıları Baqramyan prospektini bloklayıblar.

Etirazçılar burada çadrlar qurub və bütün gecəni prospektdə keçiriblər. Onlar Paşinyan istefa verməyənə qədər ərazini tərk etməyəcəklərini deyiblər.