20 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

"Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi" - Prezident

26.02.2021

 "Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımdır, cinayətdir”.

DM xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib:

"Onlardan 106 qadın, 63 uşaq idi. Bu soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu ikinci Qarabağ Müharibəsində Azərbaycan ordusu tərəfindən məhv edilib. Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırdı. 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurub. Hərbi təxribatlar, terror aktları, din əhaliyə qarşı qəddarlıq, şəhərlərin, kəndlərin atəşə tutulması, eyni zamanda İkinci Qarabağ Müharibəsi dövründə ballistik raketlərlə şəhərlərin bombalanması erməni faşizmin təzahürüdür”.

İ.Əliyev qeyd edib ki, Xocalı soyqırımı dünya ictimai tərəfindən tanınır:

"Ondan çox ölkə bu hadisəni soyqırım kimi təsdiq edib. Bu proses davam edir. Bu gün dünyada Xocalı soyqırımı haqqında dolğun məlumat var”.