08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“WhatsApp” istifadəçilərinə YENİ QADAĞA QOYULDU

21.07.2018

"Dövran Media" "ria.ru" saytına istinadən xəbər verir ki, populyar "WhatsApp" messenceri Hindistanda saxta xəbərlərin yayılması ilə əlaqədar mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq etməyə qərar verib. 
Bu, bir sıra regionlarda çoxlu sayda ölkə vətəndaşının faciəli şəkildə ölməsinə səbəb olub.
Xatırladaq ki, bir neçə il bundan əvvəl messencerə əlavə edilmiş funksiya mesajı eyni anda bir neçə çata göndərməyə imkan verirdi.
"Biz bu gün mesajların yönləndirilməsinə tətbiq ediləcək məhdudiyyəti sınaqdan keçirməyə başlayırıq. Yeni qayda "WhatsApp"dan istifadə edən hər bir kəsə şamil olunur. Biz, həmçinin dünyanın digər ölkələri ilə müqayisədə daha çox mesaj, şəkil və videoçarxın göndərildiyi Hindistanda yönləndirmə üçün eyni zamanda istifadə edilən çatların sayını 5-dək məhdudlaşdırmağa cəhd edəcəyik və multimedia mesajlarının yanında ani göndərmə düyməsini siləcəyik", – deyə şirkətdən bildirilib.
"Tech Crunch" nəşrinin məlumatına görə, hazırda 1,5 milyarddan çox istifadəçi "WhatsApp" messencerindən faydalanır. Şirkət "Facebook"a məxsusdur.