09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koçaryan da dəstək çağırdı

25.02.2021

 Ermənistanın sabiq prezidenti Robert Koçaryan xalqı ordunu dəstəkləməyə çağırıb.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Koçaryan Paşinyanı istefaya getməyə çağırıb.

"Müharibəni uduzan hakimiyyət getməlidir. Bu, ilk növbədə milli dirçəlişimiz üçün lazımdır", - deyə Koçaryan bəyan edib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti isə əhalini təmkinli olmağa çağırıb. Bir sıra müxalifət partiyaları tərəfdarlarına nə Paşinyanın, nə də onun əleyhdarlarının aksiyalarına getməməyi tövsiyə edib. İrəvan küçələrində iqtidar və müxalifət tərəfdarlarının toqquşmaları davam edir.

Ermənistan mətbuatında xeyli dövlət qulluqçusunun Paşinyana dəstək yürüşünə qatılmağa məcbur edildikləri üçün istefa ərizəsi yazdıqları barədə məlumatlar yayılıb.