08 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərbakanla Əcəvitin Kipr mübahisəsi: Orduya əmri kim vermişdi?

20.07.2018

Türkiyə ordusunun müasir tarixdə ən möhtəşəm zəfərlərində biri olan Kipr Barış Hərəkatı zəfərindən və Kiprdə yaşayn türklərin yunan zülmüdən qurtulmasından 44 il ötür.
Kiprə qoşunun kimin əmri ilə yeridlməsi günümzədək müzakirə obyektidir. Çünki həmin dövrdə Türkiyənin baş naziri Bülənt Əcəvitin yunanlara qarşı ordu çıxarmaq tərəfdarı olmadığı bildirilir. Kiprə ordu yeridilməsi haqda qərarı o zaman baş nazirin müavini olmuş Nəcməddin Ərbakanın verdiyi deyilir.
Baş nazir Bülənt Əcəvit Kipr məsələsi ilə İngiltərəyə səfər edir. Baş naziri xarici ölkəyə səfər etdiyindən onun səlahiyyətlərini müavini Nəcməddin Ərbakan icra edir. Əcəvitdən fərqli olaraq Ərbakan Kiprə ordu yeridilməsinin tərəfdarı olub. Ona görə də Kiprə ordu yeridilməsinə tərəfdar olan o zamankı ordunun Baş Qərargah rəisi ilə, müvəqqəti olaraq baş nazirin səlahiyyətlərini icra edən Ərbakan birlikdə qərar veriblər.
Londona səfər edən baş nazir Bülənt Əcəvit orada İngiltərə baş naziri Horald Vilson, xarici işlər naziri Ceyms Kallakan və Kipr məsələsi üçün Londona gəlmiş ABŞ dövlət katibi Cozep Sisco ilə ayrı-ayrı görüşlər keçirir. Əcəvit geriyə döndüyündə artıq türk ordusu Kiprə girmişdi. Əcəvitin dönüşündən sonra Kiprə ikinci əməliyyatın başlanmasına ehtiyac var idi. Əcəvit ikinci əməliyyatın başlanmasına qarşı çıxdı. Bu zaman yunanlarla anlaşmaya getmək istəyən Əcəvitə Ərbakan mane olur və buna imkan vermir.
Bundan sonra Kiprdə ikinci əməliyyatın başlanmasının vacibliyi qeyd olunur. Məsələ Milli Müdafiə Qurumunda müzakirə olunur. Bəzi bilgilərə görə, Kiprə qoşun yeridilməsi üçün Əcəvitlə Ərbakan arasında 7 saat müzakirə gedib. Məlumatlara görə, Əcəvit son olaraq "sizinlə bu məsələdə anlaşma asan deyil. Çünki biz CHP-lilər Atatürkün "Yurdda sülh, cahanda sülh” şüarına sadiqik. Sizlər isə Fatehin fəth prinsipinə uyğun hərəkət edirsiniz” deyib. Ərbakan isə Əcəvitə cavabında deyir ki, Atatürk bu toplantıda olsaydı, sizin deyil, bizim təklifimizi dəstəkləyərdi:
"Çünki zamanında Hatayı fransızlardan aldığı kimi, bu gün də Kipri tamamən alaq deyərdi”. Məlumatlara görə, uzun sürən müzakirələrdən sonra Ərbakan Əcəviti razı sala bilib.