28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə XİN-dən AÇIQLAMA

24.02.2021

 "Artıq türkdilli dövlətlər güclüdür. Vətən müharibəsi ilə işğal altındakı torpaqlarını 44 gün ərzində azad edən Azərbaycan bunu bütün dünyaya göstərdi".

DM xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Türkiyə Xaric İşlər Nazirliyinin (XİN) Strateji Araşdırmalar Mərkəzi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu il dönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

"Bu zəfər Azərbaycanın olduğu qədər bizim də zəfərimizdir. Eyni zamanda, bu onu göstərir ki, birlikdə öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur”, - deyə XİN başçısının müavini vurğulayıb.