28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa Birliyi ölkələri başçılarının zirvə toplantısı keçiriləcək

24.02.2021

 25-26 fevral tarixlərində Avropa Birliyinə üzv olan ölkələrin dövlət başçılarının iştirakı ilə zirvə toplantısı keçiriləcək.

DM xarici KİV-ə istinadən xəbər verir ki, toplantı onlayn videokonfrans formatında təşkil olunacaq.

Liderlər masasında gündəliyə daxil olan əsas müzakirə mövzuları pandemiya ilə mübarizə tədbirləri, vaksinlərin əlçatanlığının yüksəldilməsi və istehsalının artırılması, tədarük prosesində yaranan çətinliklərin aradan qaldırılması yolları, mutasiyaya uğramış koronavirus növlərinə qarşı mübarizədə effektivliyi təmin etmək üçün vaksinlərin təkmilləşdirilməsi və digər məsələlər olacaq.