04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya ən güclü gəmisini bu ölkənin sərhədinə göndərdi

24.02.2021

 Rusiya Hərbi Dəniz Qüvvələrinin "Fort”, "Osa” və "Vulkan” raketləri ilə təchiz olunmuş "Marşal Ustinov” kreyseri Barents dənizində, Norveç ərazi sularının yaxınlığında görünüb.

DM xarici KİV-ə istinadən xəbər verir ki, rus gəmisi atış təlimlərindən qayıdarkən qeyri-adi yol seçib və Norveçin Varyaq körfəzindəki ərazi sularının lap yaxınlığına qədər gəlib.

Qeyd edək ki, "Marşal Ustinov” Sovet dönəmində silahlanmaya qəbul edilməsinə baxmayaraq, hələ də Rusiya ordusunun ən güclü zərbə gəmilərindən biri sayılır.