09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-la Rusiya arasında “BUZLAR ƏRİYİR”

20.07.2018

  ABŞ və Rusiya prezidentlərinin Helsinkidə iyulun 16-da keçirilmiş görüşü öz bəhrəsini verməyə davam edir.
"Dövran Media" "RİA Novosti”yə istinadən xəbər verir ki, artıq hər iki tərəfbiznes sahəsində əməkdaşlıq üçün birgə qrupun yaradılması üzərində işlər görülür.
Bu prosesin gedişi barəsində Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov şərh verib.
"Artıq bu sahədə işlər aparılır. Administrasiya və nazirlik işləyir, səfirlik də bu təşəbbüsə qoşulur” – Antonov "Valday” klubunda müzakirələr zamanı bildirib.
O həmçinin sanksiyalar və qanunlarla bağlı bir sıra çətinliklərin olduğunu da qeyd edib.
"Bir çox istiqamətlərdə əməkdaşlığın qarşısını alan qanun fəaliyyət göstərir. Bu, keçən ilin avqust ayında qəbul olunan və bizim ABŞ-ın düşməni olduğumuzu göstərən qanundur” – səfir vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ilin avqustun 2-də "ABŞ-ın düşmənlərinə sanksiya aktları vasitəsi ilə qarşı çıxmaq” qanunu imzalayıb.
Bu qanun vasitəsi ilə ABŞ 2017-ci ilin payızında Rusiya, İran və Şimali Koreyanın müdafiə və kəşfiyyat sektorundakı bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bu qanundan ən çox Rusiya zərər çəkib.