05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanın baş naziri etirazlarla qarşılandı - VİDEO

23.02.2021

Ermənistanın Baş naziri Nikol Paşinyan Ətraf Mühit Nazirliyinin yerləşdiyi binaya mühafizəçilərinin köməyilə sərbəst daxil ola bilib. Paşinyanı müxalifət tərəfdarlarının etirazları müşayiət edib.

DM "oxu.az”a istinadən xəbər verir ki, "Vətəni Qurtarmaq Hərəkatı” əvvəllər binanın bütün girişlərini bağlamağı planlaşdırsa da, burada yerləşdirilən polis qüvvələri aksiyanın qarşısını alıb. Hərəkatın tərəfdarları yalnız uzaqdan "Nikol xain”, "Nikol türk” deyə qışqırmaqla kifayətləniblər.

Qeyd edək ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə namizədlərini irəli sürüb.

"Vətəni Qurtarmaq Hərəkatı”nın lideri Vazgen Manukyan da onlardan biridir. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və erkən seçki keçirməyi təklif edir. Öz növbəsində, səlahiyyətlilər ilin sonunda Nazirlər Kabinetinin istefasını gözləmədən bu il növbədənkənar parlament seçkilərinin təşkili təklifi ilə çıxış edirlər. Müxalifət qüvvələri, hakimiyyətin nəticələri uyduracağını düşünür. Beləliklə də, Paşinyanın komandası erkən seçki fikrindən imtina edib.